F-1.az xəbər verir ki, son iki yarışda qələbə qazanmamasına baxmayaraq, Həmilton yarışın əsas favoriti hesab edilib. Fettelin şansları bir qədər az qiymətləndirilib.
| Almaniya Qran Prisində qələbə (sürücülər) | |
| Lyuis Həmilton | 2.37 |
| Sebastyan Fettel | 2.62 |
| Valtteri Bottas | 8.50 |
| Daniel Rikkardo, Maks Ferstappen, Kimi Rəykkönen | 11.00 |
Britaniya Qran Prisindən sonra çempionatın lideri Fettel Həmiltonla xal fərqini 8-ə çatdırmışdı. Lakin buna baxmayaraq, bukmeykerlər mövsümün sonunda Lyuisin sevinəcəyinə inanırlar. Digər sürücülərin titul şansları idarənin işçilərinin nəzərində yox səviyyəsindədir…
| Çempionatda qələbə (sürücülər) | |
| Lyuis Həmilton | 1.61 |
| Sebastyan Fettel | 2.37 |
| Valtteri Bottas | 101.00 |
| Daniel Rikkardo, Maks Ferstappen, Kimi Rəykkönen | 201.00 |
Mühəndislər Kubokunda hazırda Ferrari əsas rəqibi Mercedes-i 20 xal üstələyir. Lakin bu belə bukmeykerlərin “gümüş oxlar”-a olan inamını azaltmayıb…
| Çempionatda qələbə (komandalar) | |
| Mercedes AMG | 1.44 |
| Ferrari | 2.62 |
| Red Bull | 34.00 |





