F-1.az xəbər verir ki, dünən yalnız Red Bull tək sürücü ilə işləmişdisə, bu gün 3 komanda eyni addımı atacaq – Aston Martin-də Fernando Alonso, Alfa Romeo-da Quanyu Çjou, Williams-da isə Loqan Sarcent günboyu sükan arxasında olacaq.
Aston Martin-in bugünə olan proqramı dünən bəlli deyildi, lakin gecə saatlarında Fernandonun komandaya kömək edəcəyi dəqiqləşib.
| Komanda | 24.02.2023 |
| Mercedes | Lyuis Həmilton / Corc Rassell |
| Red Bull Racing | Serxio Peres / Maks Ferstappen |
| Ferrari | Karlos Sayns / Şarl Lekler |
| McLaren | Lando Norris / Oskar Piastri |
| Alpine | Esteban Okon / Pyer Qasli |
| Aston Martin | Fernando Alonso |
| AlphaTauri | Yuki Tsunoda / Nik de Friz |
| Alfa Romeo | Quanyu Çjou |
| Haas | Kevin Maqnussen / Niko Hülkenberq |
| Williams | Loqan Sarcent |





