Monrealda mətbuatla ünsiyyətdə olan Mark Uebber bildirib ki, gələn mövsümdə də Formula1-də qalmağa hazırdır və artıq bunu Red Bull-la müzakirə edir: “Biz artıq danışıqlar aparırıq. Mən bu komandada işimdən çox razıyam, ona görə də baxaq görək necə olacaq.”
Avstraliyalı sürücünün sözlərini komandanın başçısı Kristian Horner şərh edib: “Mark bildirib ki, gələn il Red Bull-da qalmaq istəyir. Əsas məsələ onun motivasiyası və işləmək azrusu idi. Biz hesab edirik ki, Mark əvvəlki kimi qələbə əzmindədir, onda görə də biz əməkdaşlığı davam etdirməyə hazırıq.”