Red Bull mübarizəyə hazırdır

Red Bull maşınları bu il sıralanma turunda sürətli olmaları ilə hamını təəccübləndiriblər, amma mövsümün ilk iki yarışında mövsümöncəsi testlərdə olduğu […]

Red Bull maşınları bu il sıralanma turunda sürətli olmaları ilə hamını təəccübləndiriblər, amma mövsümün ilk iki yarışında mövsümöncəsi testlərdə olduğu kimi komanda etibarlılıq problemləri ilə üzləşib. Malayziyada Sebastyan Fettel və Mark Uebber qələbə dublu qazanıblar və Kristian Horner jurnalistlərə bildirib ki, onun komandası mübarizəyə hazırdır…

Kristian Horner: “Biz rəqiblərimizə böyük hörmətlə yanaşırıq, amma inamla hiss edirik ki, qarşımıza ən ciddi məqsədləri qoya bilərik. Bizim əla mütəxəssislər və iki çox güclü sürücümüz var, mən hesab edirəm ki, bütün mövsüm ərzində McLaren və Ferrari ilə mübarizə aparmaq üçün bizim hər bir şeyimiz var.

Malayziyada qələbə dublu Red Bull-u titullar uğrunda mübarizəyə qaytardı. Yarış Fernando Alonso üçün asan olmadı, Ferrari bizə yaxşı tanış olan motor problemi ilə üzləşib – çempionatdakı vəziyyət nikbin olmağa əsas verir, amma çempionatın sonuuna hələ çox var.

Bizi favorit hesab etmək olmaz, biz nə şəxsi hesabda, nə də Mühəndislər Kubokunda liderlik etmirik, amma bizim sürətli maşınalrımız və əla sürücülərimiz var. Titulun taleyi 3 yarışda deyil, 19 yarışda həll olunacaq. Biz böyük uğur üçün bünövrə qoymuşuq və indi aerodinamik boruda bir çox yeniliklər hazırlayırıq.

İlk üç Qran Pridə biz üç müxtəlif qalib gördük, titulu altı və ya yeddi sürücü qazana bilər, o cümlədən bizim iki sürücümüz. Biz etibarlılıq problemlərini həll etmişik, Sebastyan və Mark finişə çata bildilər, bu isə komandanın bazada və trasda çalışan hər bir əməkdaşının əməyidir.

Mən şadam ki, Fettel ilk iki yarışın uğursuzluğunu unuda bilib, o həmin yarışlarda da qalib gələ bilərdi, belə şansı var idi. Sebastyan bilir ki, onun sürətli maşını var, Malayziyada o qələbə qazandı. Bizim hər iki sürücümüzün titul uğrunda mübarizədə iştirak etməsi, həm komandaya, həm cari çempionata, həm də ümumən Formula1-ə xeyirdir!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*