Komandaların seçimi məxfi saxlanılır və yarışa 2 həftə qalmış mətbuata bildirilir. Ona görə də Pirelli bu gün Kanada Qran Prisinə hər bir sürücünün etdiyi seçimi açıqlayıb.
F-1.az xəbər vermişdi ki, italyanlar Monakoda olduğu kimi, okeanın o tayına da ən yumşaq üçlüyü gətirəcəklər. Komandalar fərqli seçimlər ediblər. Məsələn, Ferrari sürücüləri UltraSoft tərkiblərdən 3 dəst sifariş ediblərsə, Mercedes sürücüləri bu tərkibdən onlara həftəsonu ərzində 5 dəstin lazım olacağını düşünüblər. Strollun seçimi də maraqlıdır – o öz vətənində 5 dəst SuperSoft və cəmi 1 dəst UltraSoft tərkibdən istifadə edəcək.
| Sürücü | Komanda | SuperSoft | UltraSoft | HyperSoft |
| Lyuis Həmilton | Mercedes AMG | 3 | 5 | 5 |
| Valtteri Bottas | Mercedes AMG | 3 | 5 | 5 |
| Sebastyen Fettel | Ferrari | 2 | 3 | 8 |
| Kimi Rəykkönen | Ferrari | 2 | 3 | 8 |
| Daniel Rikkardo | Red Bull | 2 | 3 | 8 |
| Maks Ferstappen | Red Bull | 2 | 3 | 8 |
| Serxio Peres | Force İndia | 3 | 2 | 8 |
| Esteban Okon | Force İndia | 3 | 2 | 8 |
| Ləns Stroll | Williams | 5 | 1 | 7 |
| Sergey Sirotkin | Williams | 4 | 2 | 7 |
| Karlos Sayns | Renault | 3 | 2 | 8 |
| Niko Hülkenberq | Renault | 3 | 2 | 8 |
| Pyer Qasli | Toro Rosso | 2 | 3 | 8 |
| Brendon Hartli | Toro Rosso | 2 | 3 | 8 |
| Roman Qrojan | Haas | 2 | 4 | 7 |
| Kevin Maqnussen | Haas | 3 | 3 | 7 |
| Fernando Alonso | McLaren | 2 | 4 | 7 |
| Stoffel Vandorn | McLaren | 2 | 4 | 7 |
| Markus Eriksson | Sauber | 2 | 4 | 7 |
| Şarl Lekler | Sauber | 3 | 3 | 7 |





