Komandaların seçimi məxfi saxlanılır və yarışa 2 həftə qalmış mətbuata bildirilir. Ona görə də bu gün Pirelli Avstriya Qran Prisinə hər bir sürücünün etdiyi seçimi açıqlayıb.
F-1.az xatırladır ki, italyanlar Şpilberqə ən yumşaq üçlüyü – Soft, SuperSoft və UltraSoft təkərləri gətirəcəklərini elan etmişdilər. Sürücülər həftəsonu üçün ən sərt tərkib hesab olunan Soft təkərlərdən maksimum 2 dənə sifariş ediblər. Mercedes və Ferrari sürücülərinin seçimləri fərqli olub. Sonda qeyd edək ki, SuperSoft və UltraSoft tərkiblərin hər hansı birindən yarışın gedişində mütləq istifadə olunmalıdır.
| Sürücü | Komanda | Soft | SuperSoft | UltraSoft |
| Lyuis Həmilton | Mercedes AMG | 2 | 3 | 8 |
| Valtteri Bottas | Mercedes AMG | 1 | 4 | 8 |
| Daniel Rikkardo | Red Bull | 2 | 2 | 9 |
| Maks Ferstappen | Red Bull | 2 | 2 | 9 |
| Sebastyan Fettel | Ferrari | 1 | 5 | 7 |
| Kimi Rəykkönen | Ferrari | 2 | 4 | 7 |
| Serxio Peres | Force İndia | 1 | 2 | 10 |
| Esteban Okon | Force İndia | 1 | 2 | 10 |
| Felipe Massa | Williams | 2 | 3 | 8 |
| Ləns Stroll | Williams | 1 | 4 | 8 |
| Fernando Alonso | McLaren | 1 | 2 | 10 |
| Stoffel Vandorn | McLaren | 1 | 2 | 10 |
| Karlos Sayns | Toro Rosso | 2 | 3 | 8 |
| Daniil Kvyat | Toro Rosso | 2 | 3 | 8 |
| Roman Qrojan | Haas | 1 | 5 | 7 |
| Kevin Maqnussen | Haas | 1 | 5 | 7 |
| Niko Hülkenberq | Renault | 2 | 3 | 8 |
| Colion Palmer | Renault | 2 | 3 | 8 |
| Markus Eriksson | Sauber | 2 | 4 | 7 |
| Paskal Verlyayn | Sauber | 3 | 3 | 7 |




