F-1.az xəbər verir ki, Almaniya təmsilçisi yeni Mercedes-AMG F1 W13 E Performance maşınını ictimaiyyətə fevralın 18-də göstərəcək.
Ardıcıl 8 çempionluq qazanan komanda təqdimat tarixini elan edən dördüncü Formula1 komandası olub. Daha əvvəl Aston Martin, Ferrari və McLaren komandaları təqdimat tarixlərini açıqlamışdılar.
2022-ci il maşınlarının təqdimat tarixləri:
| Tarix | Komanda | Maşın |
| 10 fevral | Aston Martin | AMR22 |
| 11 fevral | McLaren | MCL36 |
| 17 fevral | Ferrari | — |
| 18 fevral | Mercedes | F1 W13 |





