F-1.az xəbər verir ki, Maksın bu mükafatı alacağı iyun ayında açıqlanmışdı. 2015-ci ildə Formula1-də 17 yaşında debüt edən sürücü iki dəfə 4-cü olmuş və mövsümü 49 xalla yekunlaşdırmışdı. Onun belə çıxışı bu il mükafata layiq görülməsinə kifayət edib.
Maks Ferstappen: “Bu mükafatı qazandığım üçün qürur duyuram. Hazırda böyük bir komandanın tərkibində yarışıram və qələbə qazanmaq üçün olan istəyim dəyişməyib”.
Qeyd edək ki, mükafat 1967-ci ildə Monako Qran Prisində qəzada yanaraq həlak olan Lorenso Bandinin ölümünün 25 illiyi şərəfinə 1992-ci ildə təsis olunub və ilin sonunda sürücünün doğulduğu şəhərin əhalisi arasında keçirilmiş səsvermənin nəticələrinə görə təqdim olunur. Mükafat 1995-ci ildən etibarən mütəmadi olaraq hər il verilir.
| İl | Mükafatın sahibi |
| 2016 | Maks Ferstappen |
| 2015 | Mercedes AMG |
| 2014 | Daniel Rikkardo |
| 2013 | Pyero Ferrari |
| 2012 | Bruno Senna |
| 2011 | Niko Rosberq |
| 2010 | Lyuis Həmilton |
| 2009 | Sebastyan Fettel |
| 2008 | Robert Kubitsa |
| 2007 | Felipe Massa |
| 2006 | Mark Uebber |
| 2005 | Fernando Alonso |
| 2004 | Kimi Rəykkönen |
| 2003 | Mixael Şumaxer |
| 2002 | Xuan Pablo Montoya |
| 2001 | Censon Batton |
| 2000 | Yarno Trulli |
| 1999 | Aleksander Vürs |
| 1998 | Cankarlo Fizikella |
| 1997 | Luka di Montedzemolo |
| 1996 | Jak Vilnöv |
| 1995 | Devid Kulthard |
| 1992 | İvan Kapelli |





