İspaniya-2017: Tras və statistika

İspaniya Qran Prisi ilk dəfə 1951-ci ildə uzunluğu 6 km olan Pedralbes şəhər trasında keçirilib. Mövsümün son yarışında titulun taleyi həll olunurdu: Alfa Romeo-dan Xuan Manuel Fanxio və Ferrari-dən Alberto Askari tarixin ikinci dünya çempionunu müəyyənləşdirməli idilər. Askari pouldan start alsa da, artıq 4-cü dövrədə Fanxio liderliyə yüksəlmiş və finiş xəttini 1-ci keçərək karyerasında ilk titulunu qazanmışdı.

Üç ildən sonra Pedralbes yenidən mövsümün son yarışını qəbul etdi, amma 1955-ci il Le Man marafonunda baş verən faciə traslara olan təhlükəsizlik tələblərini artırdı və Pedralbes təqvimdən çıxarıldı.

1966-cı ildə kataloniyalılar çempionatda iştirak etmək üçün Madrid yaxınlığındakı Xarama trasına alternativ olaraq Monjuik şəhər trasını hazırladılar. Amma Formula1 yarışı İspaniyaya 1968-ci ildə Xaramada qayıtdı, bu yarışda qələbəni Qrəhəm Hill bayram etdi. Bir il sonra artıq Monjuikdə baş tutan milli yarış Ceki Styuartın qələbəsi ilə başa çatdı – cəmi 5 sürücü finiş görmüşdü.

Bundan sonra İspaniya Qran Prisi növbə ilə bu traslarda keçirilməyə başladı. 1975-ci ildə Monjuikdə qalmaqal yaşandı: təhlükəsizlik tədbirlərinin aşağı səviyyədə olması üzündən sürücülər trasa çıxmaqdan imtina etmişdilər. Bu səbəb üzündən şənbə günü sıralanma turu qısaldıldı, yarış isə 75 dövrədən sonra deyil, cəmi 30 dövrədən sonra dayandırılmışdı – Hill komandasının sürücüsü Rolf Ştommelenin qəzası beş tamaşaçının ölümü ilə nəticələnmişdi. Beləliklə, Formula1 Monjuiki əbədi tərk etdi.

1986-cı ilin oktyabrında Kataloniyanın parlamenti Formula1-i öz torpaqlarına qaytarmaq məsələsini müzakirə edərək yeni avtodrom tikmək barədə qəbul edir. Düzdür, bir müddət cənublular bu layihənin reallaşdırılmasına mane oldular – 1986-cı ildən 1990-cı ilədək milli Qran Pri Xeres de la Frontera trasında keçirildi.

Amma kataloniyalılar istəklərindən dönmədilər: Barselonanın şimalında torpaq sahəsi alındı, 1989-cu il fevralın 24-də Circuit de Catalunya trasının ilk daşı bünövrəyə qoyuldu. Kral Avtomobil Klubu, Kataloniya hökuməti və yaxınlıqdakı Monmelo şəhərinin bələdiyyəsi maliyyə məsələlərini həll etdilər.

1991-ci il sentyabrın 29-da 16 illik fasilədən sonra Formula1 Katalunyaya qayıtdı. Trasın coğrafi mövqeyi və konfiqurasiyası ilin istənilən vaxtında trasda testlər keçirməyə imkan verdi.

 

FORMULA 1 GRAN PREMIO DE ESPAÑA PIRELLI 2017
Tarix Tras Dövrənin uzunluğu Dövrələrin sayı Yarış məsafəsi
12-14 may 2017 Circuit de Catalunya 4655 m 66 307.104 km
Rəsmi sayt

 

TRASIN XARAKTERİSTİKASI

Barselona trası maşınların effektivliyini dəyərləndirmək üçün ideal trasdır – tras aerodinamikaya çox tələbkadır, müxtəlif tipli döngələrdən ibarətdir, ona görə də əgər maşın Barselonada sürətli olarsa, mövsümün sonuna qədər əksər traslarda sürətli olacaq.

Formula1 təqviminin Avropa hissəi artıq neçə illərdir ki, məhz Barselonada başlayır. Məhz Barselonaya komandalar ilk dəfə motorhoumlarını gətirirlər. Həmişə mövsümün bu yarışına komandalar tam paket yeniliklər hazırlayırlar. Maşınların sazlanması zamanı komandalar üstünlüyü sıralanma turuna verirlər – Barselonada start mövqeyi çox önəmlidir, son 20 ildə bu trasda yalnız 4 dəfə poul qazanmayan sürücü qələbəyə sevinib.

2016-cı ilin İspaniya Qran Prisində sessiyalarda ən yaxşı nəticələr
Sessiya Hava Sürücü Komanda Zaman
1-ci sərbəst yürüşlər Günəşli. Quru Sebastyan Fettel Ferrari 1:23.951
1-ci sərbəst yürüşlər Buludlu. Quru Niko Rosberq Mercedes AMG 1:23.922
1-ci sərbəst yürüşlər Günəşli. Quru Niko Rosberq Mercedes AMG 1:23.078
Sıralanma turu Günəşli. Quru Lyuis Həmilton Mercedes AMG 1:22.000
Yarışda sürətli dövrə Buludlu. Quru Daniil Kvyat Toro Rosso 1:26.948

 

 

TELEYAYIM

F-1.az xatırladır ki, Azərbaycanda bütün çempionatın yayım hüquq İdman Azərbaycan kanalında olduğu üçün İspaniya Qran Prisini İdman Azərbaycan və ya İdman Azərbaycan HD kanallarından izləyə bilərsiniz. Əgər bu kanalda canlı yayımlamaq mümkün olmasa, onda siqnal Mədəniyyət kanalına ötürüləcək. Bazar günü yarışdan əvvəl isə “Formula1 Dünyası” verilişinin növbəti buraxılışı göstəriləcək. Hər bir sessiyanın rəsmi protokolları isə saytımızda operativ yerləşdiriləcək…

İspaniya Qran Prisinin sessiyaları, Bakı vaxtılə
Tarix Sessiya Zaman TV
12 may 1-ci sərbəst yürüşlər 12:00
12 may 2-ci sərbəst yürüşlər 16:00
13 may 3-cü sərbəst yürüşlər 13:00
13 may Sıralanma turu 16:00 15:50
14 may Yarış 16:00 15:30

 

 

HƏFTƏSONU ÜÇÜN SÜRÜCÜLƏRİN TƏKƏR SEÇİMİ

Pirelli şirkəti Barselonaya ən bərk üçlüyünü – Hard, Medium və Soft tərkiblərini gətirəcək, ilk iki tərkib məcburi elan olunub, yəni onlardan hər hansı birindən mütləq yarışın gedişində istifadə olunmalıdır.

Reqlamentdəki ciddi dəyişikliklərdən sonra komandalar ilk 5 yarış üçün güzəşt əldə ediblər – Pirelli mövsümdə sonuncu dəfə sürücülərin əvəzinə seçim edib və hər bir sürücüyə 2 dəst Hard, 4 dəst Medium və 7 dəst Soft təkərlər verəcək.

 

STATİSTİKA

Hazırkı pilotların İspaniya Qran Prisində nəticələri
Pilot QP Xallar Poul Podium Qələbə
F.Alonso 15 120 1 7 2
S.Fettel 9 107 4 1
K.Rəykkönen 14 91 2 5 2
L.Həmilton 10 79 2 5 1
F.Massa 14 63 1 3 1
D.Rikkardo 6 34 1
V.Bottas 5 32
M.Ferstappen 2 25 1 1
R.Qrojan 5 20
S.Peres 6 12
K.Sayns 2 10
D.Kvyat 3 2
N.Hülkenberq 7 2
M.Eriksson 3
K.Maqnussen 2
C.Palmer 2
P.Verlyayn 1
L.Stroll
S.Vandorn
E.Okon

 

İspaniya Qran Prisinin qalibləri
Tarix Tras Poul Qələbə
15.05.2016 Katalunya L.Həmilton Mercedes AMG M.Ferstappen Red Bull
10.05.2015 Katalunya N.Rosberq Mercedes AMG N.Rosberq Mercedes AMG
11.05.2014 Katalunya L.Həmilton Mercedes AMG L.Həmilton Mercedes AMG
12.05.2013 Katalunya N.Rosberq Mercedes AMG F.Alonso Ferrari
13.05.2012 Katalunya P.Maldonado Williams P.Maldonado Williams
22.05.2011 Katalunya M.Uebber Red Bull S.Fettel Red Bull
09.05.2010 Katalunya M.Uebber Red Bull M.Uebber Red Bull
10.05.2009 Katalunya C.Batton Brawn GP C.Batton Brawn GP
27.04.2008 Katalunya K.Rəykkönen Ferrari K.Rəykkönen Ferrari
13.05.2007 Katalunya F.Massa Ferrari F.Massa Ferrari
14.05.2006 Katalunya F.Alonso Renault F.Alonso Renault
08.05.2005 Katalunya K.Rəykkönen McLaren K.Rəykkönen McLaren
09.05.2004 Katalunya M.Şumaxer Ferrari M.Şumaxer Ferrari
04.05.2003 Katalunya M.Şumaxer Ferrari M.Şumaxer Ferrari
28.04.2002 Katalunya M.Şumaxer Ferrari M.Şumaxer Ferrari
29.04.2001 Katalunya M.Şumaxer Ferrari M.Şumaxer Ferrari
07.05.2000 Katalunya M.Şumaxer Ferrari M.Həkkinen McLaren
09.05.1999 Katalunya M.Həkkinen McLaren M.Həkkinen McLaren
10.05.1998 Katalunya M.Həkkinen McLaren M.Həkkinen McLaren
25.05.1997 Katalunya J.Vilnöv Williams J.Vilnöv Williams
02.06.1996 Katalunya D.Hill Williams M.Şumaxer Ferrari
14.05.1995 Katalunya M.Şumaxer Benetton M.Şumaxer Benetton
29.05.1994 Katalunya M.Şumaxer Benetton D.Hill Williams
09.05.1993 Katalunya A.Prost Williams A.Prost Williams
03.05.1992 Katalunya N.Mənsell Williams N.Mənsell Williams
29.09.1991 Katalunya G.Berger Ferrari N.Mənsell Williams
30.09.1990 Xeres A.Senna McLaren A.Prost Ferrari
01.10.1989 Xeres A.Senna McLaren A.Senna McLaren
02.10.1988 Xeres A.Senna McLaren A.Prost McLaren
27.09.1987 Xeres N.Pike Williams N.Mənsell Williams
13.04.1986 Xeres A.Senna Lotus A.Senna Lotus
21.06.1981 Xarama J.Laffit Ligier J.Vilnöv Ferrari
29.04.1979 Xarama J.Laffit Ligier P.Depaye Ligier
04.06.1978 Xarama M.Andretti Lotus M.Andretti Lotus
08.05.1977 Xarama M.Andretti Lotus M.Andretti Lotus
02.05.1976 Xarama C.Hant McLaren C.Hant McLaren
27.04.1975 Monjuik N.Lauda Ferrari Y.Massa McLaren
28.04.1974 Xarama N.Lauda Ferrari N.Lauda Ferrari
29.04.1973 Monjuik R.Peterson Lotus E.Fittipaldi Lotus
01.05.1972 Xarama J.İks Ferrari E.Fittipaldi Lotus
18.04.1971 Monjuik J.İks Ferrari C.Styart Tyrrell
19.04.1970 Xarama C.Brəbhəm Brabham C.Styuart March
04.05.1969 Monjuik Y.Rindt Lotus C.Styuart Matra
12.05.1968 Xarama K.Eymon Ferrari Q.Hill Lotus
24.10.1954 Pedralbes A.Askari Lancia M.Hotorn Ferrari
28.10.1951 Pedralbes A.Askari Ferrari X.M.Fanxio Alfa Romeo

 

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*