Ferrari yenə qələbəsiz qalacaq?

Ferrari komandasının rəhbəri Mattia Binotto tiffoziləri məyus etməyə davam edir.

F-1.az xatırladır ki, “qırmızılar” keçən mövsümü qələbəsiz başa vurmuş, hətta, bəzi yarışlarda xal zonasına belə yaxınlaşa bilməmişdilər. Yekunda altıncı olan Ferrari ən pis mövsümlərindən birini keçirmişdi.

Komandanın rəhbəri Mattia Binotto isə uğursuzluğun davam edəcəyini düşünür: “Ən yaxşı komanda ilə arada çox fərq var və bu il fərqi bağlamaq mümkünsüzdür. Ancaq mövsüm ərzində nə baş verəcəyini deyə bilmərik. Fürsət düşsə, yarış qazanarıq. Görək nə olur. Bu idmanda müəmmalar çoxdur. Martda komandaların gücünü görəcəyik”.

,
  • Əşrəf Məmmədov
    Fevral 6, 2021 - 11:51

    Məncə,ferrari bu il çempion olan deyil.Ya Mercedes,ya da Red Bull.Uzağı McLaren

  • Əşrəf Məmmədov
    Fevral 6, 2021 - 11:52

    Ferrari çempion olmayacaq

Əşrəf Məmmədov üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*