F-1.az idarənin rəsmi saytına istinadən xəbər verir ki, bukmeykerlər İnterlaqosda Lyuis Həmilton və Sebastyan Fettelin qələbə şanslarını təxminən bərabər saysalar da, cüzi üstünlüyü beşqat dünya çempionuna veriblər…
| Braziliya Qran Prisində qələbə (sürücülər) | |
| Lyuis Həmilton | 2.75 |
| Sebastyan Fettel | 2.87 |
| Valtteri Bottas | 6.50 |
| Kimi Rəykkönen | 8.00 |
| Maks Ferstappen | 9.00 |
| Daniel Rikkardo | 12.00 |
Meksikada builki titulun müqədarratı həll olunmuşdu – Lyuis Həmilton 5-ci titulunu qazanmışdı, amma Mühəndislər Kubokunda mübarizə davam edir. Son iki yarış ərəfəsində Mercedes komandası Ferrari-ni 55 xal üstələyir. Bukmeykerlər hesab edirlər ki, bu fərqi aradan qaldırmaq mümkün deyil, ona görə də cədvəl tərtib etməyiblər…





