Formula1-in kommersiya başçısı Berni Ekklstoun hesab edir ki, keçən həftə FİA-nın Ümumdünya Şurasının Bəhreyn Qran Prisinin keçirilməsi barədə qəbul etdiyi qərar dəyişə bilər.
İğtişaşların hələ də davam etdiyi bir ölkədə Qran Prinin keçiriliməsi siyasi mübarizədə alətə çevrilə bilər – bu gün komandalar FOTA çərçivəsində bu məsələni müzakirə edəcəklər və onların mövqeyi vacib əhəmiyyət kəsb edəcək.
Deyəsən, Hindistan yarışı əvvəlki tarixinə – 30 oktyabra qayıdacaq, Bəhreyn üzrə qərar isə ləğv olunacaq, bu halda FİA və FOM ölkədə vəziyyəti qiymətləndirmək üçün bir neçə aylıq vaxt əldə edəcəklər…
Berni Ekklstoun: “Biz hadisələrin necə cərəyan etməsini öncədən görə bilmərik, ona görə də hələlik yarışın tarixini mövsümün sonuna keçirməliyik – əgər həmin tarixə qədər Bəhreyndə vəziyyət normallaşsa, onda biz yarışı keçirəcəyik, əks halda, yarışdan imtina edəcəyik.
FİA-nın fikrincə, Bəhreyndə sakitçilikdir, amma indi başqa məlumatlar da var, yeni məlumatlara görə biz ehtiyatlı olmalıyıq.”