F-1.az bildirir ki, Lyuis Həmiltonun keçən həftəsonu əldə etdiyi inamlı qələbə bumkeykerlərin ona olan etimadını daha da artırıb. Yarışın əsas favoriti göstərilən britaniyalı sürücünün şansları Fetteldən 1.5 dəfə çox qiymətləndirilib.
| Avstriya Qran Prisində qələbə (sürücülər) | |
| Lyuis Həmilton | 2.10 |
| Sebastyan Fettel | 3.25 |
| Daniel Rikkardo, Maks Ferstappen | 9.00 |
| Valtteri Bottas | 10.00 |
| Kimi Rəykkönen | 26.00 |
Fransadakı qələbədən sonra Həmilton yenidən sürücülər çempionatında liderliyə yüksəlib. Onun titula əsas namizəd hesab edilməsi təəccüblü deyil. Bukmeykerlər Həmilton və Fetteldən başqa sürücünün çempion ola biləcəyini düşünmürlər…
| Çempionatda qələbə (sürücülər) | |
| Lyuis Həmilton | 1.44 |
| Sebastyan Fettel | 2.87 |
| Valtteri Bottas | 41.00 |
| Daniel Rikkardo | 51.00 |
| Kimi Rəykkönen, Maks Ferstappen | 201.00 |
Mühəndislər Kubokunun favoriti dəyişməz olaraq qalır…
| Çempionatda qələbə (komandalar) | |
| Mercedes AMG | 1.22 |
| Ferrari | 4.33 |
| Red Bull | 23.00 |





