F-1.az idarənin rəsmi saytına istinadən bildirir ki, bukmeykerlər Niko Rosberqin ev trasında da favorit Lyuis Həmiltonu hesab edirlər. Ev trasında Sebastyan Fettelin şansları Red Bull sürücülərindən yüksək qiymətləndirilir…
| Almaniya Qran Prisində qələbə (sürücülər) | |
| Lyuis Həmilton | 1.73 |
| Niko Rosberq | 3.50 |
| Sebastyan Fettel | 10.00 |
| Daniel Rikkardo | 13.00 |
| Maks Ferstappen | 15.00 |
| Kimi Rəykkönen | 29.00 |
| Valtteri Bottas | 126.00 |
| Felipe Massa, Serxio Peres, Niko Hülkenberq | 151.00 |
| Censon Batton, Fernando Alonso | 251.0 |
Keçən həftə Macarıstanda qələbə qazanaraq çempionatda liderliyə yüksəlməsi Lyuisin ardıcıl 3-cü titulu qazanması şanslarını da artırıb. Bukmeykerlər yalnız Niko Rosberqin onu üstələməsinə inanırlar, digər sürücülərin şanslarını isə çox aşağı qiymətləndiriblər…
| Dünya çempionatında qələbə (sürücülər) | |
| Lyuis Həmilton | 1.25 |
| Niko Rosberq | 4.00 |
| Sebastyan Fettel, Daniel Rikkardo | 151.00 |
| Maks Ferstappen | 301.00 |
| Kimi Rəykkönen | 501.00 |
Mühəndislər Kubokunda isə faktiki olaraq mübarizə başa çatıb – Mercedes AMG komandasının qələbəsi heç kimdə şübhə doğurmur, Red Bull isə Ferrari-nin önündə mövsümü başa vuracaq…
| Dünya çempionatında qələbə (komandalar) | |
| Mercedes AMG | 1.00 |
| Red Bull | 81.00 |
| Ferrari | 101.00 |
| Williams, Force İndia, McLaren | 2501.00 |
Saytımızdakı sorğuda siz də qələbəyə əsas namizədin adını seçə bilərsiniz…
[wpolling id=”13″ width=”” height=””]





