Əlbəttə, üçqat dünya çempionu Lyuis Həmilton bu siyahıda da birinci olub – britaniyalı sürücünün hər bir şəbəkədə 3 milyondan çox folloveri var. Siyahıda ikinci sətri Fernando Alonso tutub. Maraqlıdır ki, izləyicilərinin sayına görə 3-cü yeri gözlənilmədən Felipe Massa tutub.
Serxio Peresin 5-ci yerini də qeyd etmək lazımdır – meksikalı sürücünün Twitter hesabında abunəçilərin sayı milyon yarımı keçib…
| Yer | Sürücü | Twitter, min nəfər | Facebook, min nəfər | İnstagram, min nəfər | Cəmi, min nəfər |
| 1 | Lyuis Həmilton | 4 050 | 3 950 | 3 700 | 11 700 |
| 2 | Fernando Alonso | 2 450 | 1 800 | 1 100 | 5 350 |
| 3 | Felipe Massa | 1 010 | 750 | 900 | 2 660 |
| 4 | Daniel Rikkardo | 960 | 755 | 704 | 2 419 |
| 5 | Serxio Peres | 1 560 | 288 | 310 | 2 158 |
| 6 | Maks Ferstappen | 450 | 554 | 773 | 1 777 |
| 7 | Roman Qrojan | 655 | 264 | 291 | 1 210 |
| 8 | Niko Hülkenberq | 609 | 163 | 194 | 966 |
| 9 | Valtteri Bottas | 290 | 203 | 259 | 752 |
| 10 | Karlos Sayns | 258 | 165 | 261 | 684 |
| 11 | Kevin Maqnussen | 313 | 36 | 110 | 459 |
| 12 | Daniil Kvyat | 111 | 22 | 160 | 293 |
| 13 | Markus Eriksson | 118 | 30 | 98 | 246 |
| 14 | Stoffel Vandorn | 76 | 76 | 92 | 244 |
| 15 | Paskal Verlyayn | 51 | 55 | 76 | 182 |
| 16 | Colion Palmer | 57 | 8 | 74 | 139 |
| 17 | Esteban Okon | 30 | – | 47 | 77 |
| 18 | Ləns Stroll | 8 | 5 | 19 | 32 |
F-1.az xatırladır ki, Ferrari komandasının hər iki sürücüsünün – nə Sebastyan Fettelin, nə də Kimi Rəykkönenin heç bir sosial şəbəkədə rəsmi hesabları yoxdur…





