Timo Qlok Bəhreyn testlərinin üçüncü günü ən yaxşı nəticəyə imza atıb. Alman sürücü sükan arxasında Yarno Trullini əvəz edib və 132 dövrə vurub, o sazlanmalarla işləməyi davam etdirib. Sabah Timo testləri başa vuracaq.
Kimi Rəykköneni Ferrari-nin sükanı arxasında əvəz etmiş Felipe Massa ikinci olub. Səhər braziliyalı sürücü sazlanmanın bir neçə variantını yoxlayıb, nahardan sonra isə yarışı imitasiya edib, günün birinci yarısında ötürmələr qutusu, ikinci yarısında isə elektronika imtina edib. Sabah Felipe işini davam etdirəcək.
Nik Haydfeld isə yenə də üçüncü olub. Səhər hər şey plan üzrə keçib, BMW Sauber sazlanmalarla, təkərlərlə işləyib, amma günortadan sonra maşın iki dəfə mexaniki problemlər üzündən dayanıb…
Nəticələr belə olub:
| Pilot | Komanda | Motor | Vaxt | Dövrə |
| 1. T.Qlok | Toyota | Toyota | 1:32.492 | 132 |
| 2. F.Massa | Ferrari | Ferrari | + 0:00.425 | 105 |
| 3. N.Haydfeld | BMW Sauber | BMW | + 0:00.501 | 82 |





