F-1.az xəbər verir ki, Ferstappenin ilk yarışdakı inamlı çıxışı onu ikinci yarışın aşkar favoriti edib. Maşın o qədər güclüdür ki, qələbəyə ikinci ən yaxşı şəxs Maksın komanda yoldaşı Peres hesab olunur. Amma meksikalının şansları 3 dəfə az qiymətləndirilib. Digər komandaların sürücülərindən ən çox favorit göstərilən isə Alonsodur.
| S.Ərəbsitanı Qran Prisində qələbə | Əmsal |
| Maks Ferstappen | 1.50 |
| Serxio Peres | 5.00 |
| Fernando Alonso | 10.00 |
| Şarl Lekler | 11.00 |
| Karlos Sayns | 17.00 |
| Lyuis Həmilton | 26.00 |
| Corc Rassell | 34.00 |
| Ləns Stroll | 51.00 |
Uzun illərdən sonra ilk dəfədir ki, Həmilton çempionluğu qazanmaq üçün mərclərdə favoritlər sırasına geridədir. Bukmekerlər Alonso və Lekleri Ferstappenin əsas rəqibləri hesab edirlər…
| Çempionatda qələbə (sürücülər) | Əmsal |
| Maks Ferstappen | 1.22 |
| Fernando Alonso, Şarl Lekler | 13.00 |
| Serxio Peres | 15.00 |
| Lyuis Həmilton | 17.00 |
| Corc Rassell | 34.00 |
| Karlos Sayns | 51.00 |
Red Bull-un çempionluğuna olan inam əmsalda özünü göstərir. Ən yaxın rəqibi isə Ferrari hesab olunur. Təbii ki, buna yaxın demək mümkündürsə.
| Çempionatda qələbə (komandalar) | Əmsal |
| Red Bull | 1.17 |
| Scuderia Ferrari | 9.00 |
| Mercedes AMG | 11.00 |
| Aston Martin | 15.00 |
| Alpine | 251.00 |
| McLaren | 501.00 |
| Alfa Romeo | 751.00 |
| AlphaTauri | 1501.00 |
| Haas | 2001.00 |
| Williams | 3001.00 |





