Komandaların seçimi məxfi saxlanılır və yarışa 2 həftə qalmış mətbuata bildirilir. Ona görə də bu gün Pirelli Çin Qran Prisinə hər bir sürücünün etdiyi seçimi açıqlayıb.
F-1.az xatırladır ki, keçən il Şanxayda Soft və Medium tərkiblərindən istifadə olunmuşdu – bu il bu tərkiblərdən biri yarış üçün məcburi elan olunub. Sıralanma turu üçün əsas təkər SuperSoft tərkibi elan olunub.
Keçən il komandaların çoxlu iki pit-stoplu strategiya seçmişdi. Builki mövsümün ənənələrini nəzərə alsaq, komandalardan 3 pit-stop gözləmək olar.
Ferrari və Mercedes AMG komandaları yenə də fərqli seçim ediblər, amma ən riskli seçimi Felipe Massa və Roman Qrojan ediblər – cəmi bir dəst Medium sifariş veriblər.
| Sürücü | Komanda | Medium | Soft | SuperSoft |
| L.Həmilton | Mercedes AMG | 4 | 4 | 5 |
| N.Rosberq | Mercedes AMG | 3 | 5 | 5 |
| S.Fettel | Ferrari | 3 | 4 | 6 |
| K.Rəykkönen | Ferrari | 3 | 4 | 6 |
| V.Bottas | Williams | 2 | 4 | 7 |
| F.Massa | Williams | 1 | 5 | 7 |
| D.Rikkardo | Red Bull | 2 | 5 | 6 |
| D.Kvyat | Red Bull | 2 | 5 | 6 |
| K.Maqnussen | Renault | 2 | 5 | 6 |
| C.Palmer | Renault | 3 | 4 | 6 |
| N.Hülkenberq | Force İndia | 2 | 5 | 6 |
| S.Peres | Force İndia | 2 | 5 | 6 |
| M.Ferstappen | Toro Rosso | 3 | 5 | 5 |
| K.Sayns | Toro Rosso | 2 | 6 | 5 |
| F.Alonso | McLaren | 2 | 4 | 7 |
| C.Batton | McLaren | 2 | 4 | 7 |
| M.Eriksson | Sauber | 5 | 4 | 4 |
| F.Nasr | Sauber | 5 | 4 | 5 |
| P.Verlyayn | Manor | 4 | 5 | 4 |
| R.Haryanto | Manor | 4 | 5 | 4 |
| R.Qrojan | Haas | 1 | 5 | 7 |
| E.Qutyerres | Haas | 2 | 4 | 7 |




