Komandaların seçimi məxfi saxlanılır və yarışa 2 həftə qalmış mətbuata bildirilir. Ona görə də Pirelli bu gün Braziliya Qran Prisinə hər bir sürücünün etdiyi seçimi açıqlayıb.
F-1.az xatırladır ki, italyanlar İnterlaqos trasına bərk üçlüyü – Medium, Soft və SuperSoft tərkiblərini gətirəcəklər.
Bu dəfə də dəstlərin bölgüsü daha bərabərsaylı alınıb – sürücülərdən heç biri ən bərk tərkibdən 2 dəstdən çox sifariş etməyib və praktiki olaraq hamısı 8-9 dəst ən yumşaq tərkib istəyiblər. Yenə də McLaren sürücüləri istisna olublar – onların ixtiyarında 7 dəst SuperSoft olacaq…
Braziliya Qran Prisi üçün təkər seçimi
| Sürücü | Komanda | Medium | Soft | SuperSoft |
| Lyuis Həmilton | Mercedes AMG | 1 | 3 | 9 |
| Valtteri Bottas | Mercedes AMG | 2 | 2 | 9 |
| Sebastyen Fettel | Ferrari | 1 | 3 | 9 |
| Kimi Rəykkönen | Ferrari | 2 | 3 | 8 |
| Daniel Rikkardo | Red Bull | 1 | 3 | 9 |
| Maks Ferstappen | Red Bull | 1 | 3 | 9 |
| Serxio Peres | Racing Point | 1 | 4 | 8 |
| Esteban Okon | Racing Point | 1 | 4 | 8 |
| Ləns Stroll | Williams | 2 | 2 | 9 |
| Sergey Sirotkin | Williams | 1 | 3 | 9 |
| Karlos Sayns | Renault | 1 | 4 | 8 |
| Niko Hülkenberq | Renault | 2 | 3 | 8 |
| Pyer Qasli | Toro Rosso | 2 | 3 | 8 |
| Brendon Hartli | Toro Rosso | 1 | 4 | 8 |
| Roman Qrojan | Haas | 1 | 3 | 9 |
| Kevin Maqnussen | Haas | 2 | 2 | 9 |
| Fernando Alonso | McLaren | 2 | 4 | 7 |
| Stoffel Vandorn | McLaren | 2 | 4 | 7 |
| Markus Eriksson | Sauber | 2 | 2 | 9 |
| Şarl Lekler | Sauber | 1 | 3 | 9 |





