Komandaların seçimi məxfi saxlanılır və yarışa 2 həftə qalmış mətbuata bildirilir. Ona görə də Pirelli bu gün ABŞ Qran Prisinə hər bir sürücünün etdiyi seçimi açıqlayıb.
F-1.az xatırladır ki, italyanlar Ostin trasına orta üçlüyü – UltraSoft, SuperSoft və Soft tərkiblərini gətirəcəklər. Bu üçlük mövsümdə artıq dörd dəfə – Avstraliyada, Azərbaycanda, Fransada və Avstriyada istifadə olunub.
Tərkiblərin yumşaqlığına baxmayaraq, sürücülərin seçimi əvvəlki üç yarışdakı seçimi xatırladır – Mercedes sürücüləri yenə də 7 dəst ən yumşaq tərkibdən alacaqlar. Racing Point, Williams və Sauber-in sürücüləri daha yumşaq tərkibə üstünlük veriblər.
Ən maraqlı seçim isə yenə də McLaren komandasına məxsusdur – komanda sanki növbəti sessiyaya keçməyi düşünmür və gələn ilin maşını üzərində işləməyi planlaşdırır…
ABŞ Qran Prisi üçün təkər seçimi
| Sürücü | Komanda | Soft | SuperSoft | UltraSoft |
| Lyuis Həmilton | Mercedes AMG | 3 | 3 | 7 |
| Valtteri Bottas | Mercedes AMG | 3 | 3 | 7 |
| Sebastyen Fettel | Ferrari | 2 | 3 | 8 |
| Kimi Rəykkönen | Ferrari | 3 | 3 | 7 |
| Daniel Rikkardo | Red Bull | 3 | 4 | 6 |
| Maks Ferstappen | Red Bull | 3 | 4 | 6 |
| Serxio Peres | Racing Point | 2 | 2 | 9 |
| Esteban Okon | Racing Point | 2 | 2 | 9 |
| Ləns Stroll | Williams | 2 | 2 | 9 |
| Sergey Sirotkin | Williams | 1 | 3 | 9 |
| Karlos Sayns | Renault | 2 | 3 | 8 |
| Niko Hülkenberq | Renault | 3 | 2 | 8 |
| Pyer Qasli | Toro Rosso | 1 | 5 | 7 |
| Brendon Hartli | Toro Rosso | 2 | 4 | 7 |
| Roman Qrojan | Haas | 1 | 4 | 8 |
| Kevin Maqnussen | Haas | 2 | 3 | 8 |
| Fernando Alonso | McLaren | 6 | 2 | 5 |
| Stoffel Vandorn | McLaren | 5 | 3 | 5 |
| Markus Eriksson | Sauber | 2 | 2 | 9 |
| Şarl Lekler | Sauber | 1 | 3 | 9 |





