K.Rəykkönen WRC-də ilk xallarını qazanıb

Formula1-də 2007-ci ildə çempion olmuş Kimi Rəykkönenin ralli çempionatında işləri tədricən qaydasına düşür. Mövsümün ilk iki yarışında mübarizəni yarımçıq dayandıran […]

Formula1-də 2007-ci ildə çempion olmuş Kimi Rəykkönenin ralli çempionatında işləri tədricən qaydasına düşür. Mövsümün ilk iki yarışında mübarizəni yarımçıq dayandıran finlandiyalı sürücü bu dəfə finişə ilk onluqda yetişib və WRC-də ilk xallarını qazanıb. Bu uik-end Kimi İordaniyada çıxış edib – Ölü dənizin ətraf yolları onun üçün uğurlu olub.

Mərhələnin startında keçmiş Ferrari sürücüsü uğurla çıxış edib, düzdür, hər sahədə daha təcrübəli komanda yoldaşlarına uduzsa da, fərq elə də böyük olmayıb. Rəykkönenin şturmanı Kay Lindström bildirib ki, WRC-nin debütantı stenoqramma ilə daha yaxşı işləməyə başlayıb – rallidə bu uğur qazanmağın əsaslarından biridir…

Kay Lindström: “Xüsusi sahələri birinci və ikinci dəfə keçərkən stenoqrammaya cəmi beş düzəliş etdik. Deməliyəm ki, bəzi ldierlərdə düzəlişlər lap çox olub.”

Yekunda Rəykkönen üçgünlük yarışlardan sonra mərhələni qazanmış Citroen sürücüsü Sebastyen Löbə 12 dəqiqə uduzaraq səkkizinci olub. Növbəti mərhələ isə iki həftə sonra Türkiyədə keçəcək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*