F-1.az xatırladır ki, 37 yaşlı italiyalı 2008-ci ildən sonra ilk dəfə azarkeşləri önündə pouldan start alacaq. Son cəhdində çempionatın ən titullu sürücüsü gələcək komanda yoldaşını 0.094 saniyə qabaqlayıb.
Əvvəlcə Rossi ilk cərgəyə belə ciddi namizəd hesab olunmayıb: Andrea Yannone məşqlərdə yaxşı nəticə göstrərək sıralanma turuna da mükəmməl başlayıb və birinci sətrdə möhkəmlənib.
Keçən il Mucelloda pouldan start almış Ducati-nin sürücüsünü sessiyanın sonuna 30 saniyə qalmış son cəhdinə başlayan Doktor cəmi 0.1 saniyə üstələyə bilib. Daha sonra isə Yannnoneni Vinyales də məyus edib.
Mark Markes Honda-dan ən güclü olmaqla yalnız dördüncü yerlə barışmalı olub. Sonuncu dünya çempionu və çempionatın lideri Xorxe Lorenso beşinci nəticə işə kifayətlənib.
Beləliklə, Rossi karyerasında 53-cü poulunu qazanıb. Mik Duenin rekorduna (58 poul) çox az qalıb…
| Yer | Sürücü | Komanda | Motosiklet | Dövrə |
| 1 | Valentino Rossi |
Yamaha Factory Racing | Yamaha YZR-M1 | 1.46,504 |
| 2 | Maverik Vinyales |
Team Suzuki MotoGP | Suzuki GSX-RR | 1.46,598 |
| 3 | Andrea Yannone |
Ducati Team | Ducati Desmosedici GP16 | 1.46,607 |
| 4 | Mark Markes |
Repsol Honda Team | Honda RC213V | 1.46,759 |
| 5 | Xorxe Lorenso |
Yamaha Factory Racing | Yamaha YZR-M1 | 1.46,882 |
| 6 | Aleş Esparqaro |
Team Suzuki MotoGP | Suzuki GSX-RR | 1.47,186 |
| 7 | Dani Pedrosa |
Repsol Honda Team | Honda RC213V | 1.47,218 |
| 8 | Brədli Smit |
Monster Yamaha Tech 3 | Yamaha YZR-M1 | 1.47,247 |
| 9 | Danilo Petruççi |
Pramac Racing | Ducati Desmosedici GP15 | 1.47,261 |
| 10 | Skott Reddinq |
Pramac Racing | Ducati Desmosedici GP15 | 1.47,359 |
| 11 | Mikele Pirro |
Ducati Team | Ducati Desmosedici GP16 | 1.47,361 |
| 12 | Yonni Hernandes |
Aspar Racing Team | Ducati Desmosedici GP14 | 1.47,436 |
| 13 | Andrea Dovitsiozo |
Ducati Team | Ducati Desmosedici GP16 | 1.47,089 |
| 14 | Pol Esparqaro |
Monster Yamaha Tech 3 | Yamaha YZR-M1 | 1.47,159 |
| 15 | Hektor Barbera |
Avintia Racing | Ducati Desmosedici GP14 | 1.47,555 |
| 16 | Kel Kratçlou |
Team LCR | Honda RC213V | 1.47,659 |
| 17 | Cek Miller |
Marc VDS Racing Team | Honda RC213V | 1.47,830 |
| 18 | Yucin Laverti |
Aspar Racing Team | Ducati Desmosedici GP14 | 1.48,111 |
| 19 | Alvaro Bautista |
Aprilia Racing Team | Aprilia RS-GP | 1.48,372 |
| 20 | Ştefan Bradl |
Aprilia Racing Team | Aprilia RS-GP | 1.48,646 |
| 21 | Loris Baz |
Avintia Racing | Ducati Desmosedici GP14 | 1.48,991 |
Valentino Rossi
Maverik Vinyales
Brədli Smit
Yonni Hernandes
Cek Miller
Yucin Laverti
Ştefan Bradl
Loris Baz




