F-1.az xatırladır ki, koronavirus pandemiyası səbəbiylə Formula E mövsümü 5 mərhələdən sonra dayandırılmış və Sanya, Roma, Cakarta, Paris, Seul, London və Nyu Yorkdakı yarışlar tamamilə ləğv edilmişdilər.
Elektrikli yarış avtomobillərində 2019-2020-cu illər mövsümü avqustda davam edəcək və altı yarışdan ibarət olacaq. Yarışların hamısı Berlin aeroportunda süni trasda, lakin üç fərqli konfiqurasiyada keçiriləcək.
Avqustun 5-də və 6-da yarışlar trasında birinci konfiqurasiyasında, 8-də və 9-da ikinci, 12-də və 13-də isə üçüncü konfiqurasiyasında baş tutacaq.
Formul E-nin 2019-2020-ci illər mövsümündə təqvim:
| Tarix | Ölkə | Şəhər |
| 22 noyabr 2019 | Səudiyyə Ərəbistanı | əd-Diriyah |
| 23 noyabr 2019 | Səudiyyə Ərəbistanı | əd-Diriyah |
| 18 yanvar 2020 | Çili | Santyaqo |
| 15 fevral 2020 | Meksika | Mexiko |
| 29 fevral 2020 | Mərakeş | Mərakeş |
| 5 avqust 2020 | Almaniya | Berlin 1 |
| 6 avqust 2020 | Almaniya | Berlin 1 |
| 8 avqust 2020 | Almaniya | Berlin 2 |
| 9 avqust 2020 | Almaniya | Berlin 2 |
| 12 avqust 2020 | Almaniya | Berlin 3 |
| 13 avqust 2020 | Almaniya | Berlin 3 |





