F-1.az Sauber komandasının mətbuat xidmətinə istinadən xəbər verir ki, FOM komandalara maraqlı müraicət göndərib. Müraciətdə komandalara məsləhət görülür ki, müəyyən Qran Piyə həsr olunmuş xəbərlərdə rəsmi həştəqlərdən istifadə etsinlər – məhz bu həştəqlər yarışın yayımı zamanı ekranların küncündə də göstərilir.
Biz də jurnalistlərimizə məsləhət görürük ki, iyun ayında ölkəmizdə debüt edəcək Avropa Qran Prisində #EuropeGP və ya #F1Baku həştəqlərindən istifadə etsinlər…
| Qran Pri | Rəsmi həştəq | Yerli variant |
| Avstraliya | #AusGP | #F1DownUnder |
| Bəhreyn | #BahrainGP | – |
| Çin | #ChineseGP | #F1inChina |
| Rusiya | #RussianGP | #F1Sochi |
| İspaniya | #SpanishGP | #GPEspaña |
| Monako | #MonacoGP | #WelcomeMonacoGP |
| Kanada | #CanadianGP | #BonjourF1 |
| Avropa | #EuropeGP | #F1Baku |
| Avstriya | #AustrianGP | – |
| Böyük Britaniya | #BritishGP | – |
| Macarıstan | #HungarianGP | #F1Hungary |
| Almaniya | #GermanGP | #F1istZurück |
| Belçika | #BelgianGP | #SpaF1 |
| İtaliya | #ItalianGP | #TuttiAMonza |
| Sinqapur | #SingaporeGP | #F1NightRace |
| Malayziya | #MalaysiaGP | #F1MY2016 |
| Yaponiya | #JapaneseGP | – |
| ABŞ | #USGP | – |
| Meksika | #MexicoGP | #F1esta |
| Braziliya | #BrazilGP | – |
| Əbu Dabi | #AbuDhabiGP | #F1Finale |
Həftəsonunun hər bir sessiyası üçün isə ümumi #F1 həştəqi ilə birlikdə əlavə həştəqlər – #FP1 (birinci sərbəst yürüşlər), #FP2 (ikinci sərbəst yürüşlər), #FP3 (üçüncü sərbəst yürüşlər), #Quali (sıralanma turu) və #Race (yarış) məsləhət görülür…





