F-1.az xəbər verir ki, FİA bu il baş tutacaq mövsümiçi testlərin qrafikini təsdiqləyib. Testlər keçiriləcəyi traslarda əsas yarışlardan sonrakı günlərdə – 18-19 aprel tarixlərində Sahirdə, 1-2 avqust tarixlərində Hunqarorinqdə olacaq. Mövsümün son yarışı başa çatdıqdan sonra – noyabrın 28-də və 29-da isə Pirelli-nin 2018-ci il üçün hazırlayacağı təkərlər sınaqdan keçiriləcək.
Qeyd edək ki, komandalar dörd test gününün ikisində gənc – FİA-nın qaydalarına görə, maksimum 3 yarışa çıxan sürücülərdən istifadə etməlidirlər.
| Testlər | |
| Qış testləri | |
| 27 fevral – 2 mart | Barselona |
| 7-10 mart | Barselona |
| Mövsümiçi testlər | |
| 18-19 aprel | Bəhreyn |
| 1-2 avqust | Hunqarorinq |
| 2018-ci ilin təkərlərinin testləri | |
| 28-29 noyabr | Əbu Dabi |





