F-1.az xəbər verir ki, ilin əvvəlində Şanxay yarışının promouterləri mərhələni 2023-cü ilin təqviminə qaytarmaq və yarışı aprelin 16-da keçirmək təklifi ilə Formula1-ə müraciət etmişdilər, lakin bugünkü açıqlamadan belə nəticə çıxır ki, bu baş verməyəcək və Qran Pri digər yarışla əvəz də olunmayacaq.
Daha əvvəl elan edilmiş mərhələlərin tarixləri dəyişməyib. Bu isə o deməkdir ki, apreldə Formula1-də Melburn və Bakıda keçiriləcək yarışlar arasında dördhəftəlik fasilə olacaq.
2023-cü ildə təqvimdə bir yeni yarış debüt edəcək – Las Veqas Qran Prisi, Qətər Qran Prisi isə birillik fasilədən sonra təqvimə qayıdacaq. Fevralın 23-dən 25-dək Bəhreyndə mövsümöncəsi testlərin üçgünlük sessiyası keçiriləcək.
FORMULA1 2023-cü il MÖVSÜMÜNÜN TƏQVİMİ
| Tarix | Qran Pri | Keçirilmə yeri |
| 03-05/03 | Bəhreyn | Saxir |
| 17-19/03 | Səudiyyə Ərəbistanı | Ciddə |
| 31/03-02/04 | Avstraliya | Melburn |
| 28-30/04 | Azərbaycan | Bakı |
| 05-07/05 | Mayami | Mayami |
| 19-21/05 | Emiliya Romanya | İmola |
| 26-28/05 | Monako | Monako |
| 02-04/06 | İspaniya | Barselona |
| 16-18/06 | Kanada | Monreal |
| 30/06-02/07 | Avstriya | Şpilberq |
| 07-09/07 | Böyük Britaniya | Silverstoun |
| 21-23/07 | Macarıstan | Budapeşt |
| 28-30/07 | Belçika | Spa |
| 25-27/08 | Niderland | Zandfort |
| 01-03/09 | İtaliya | Monza |
| 15-17/09 | Sinqapur | Sinqapur |
| 22-24/09 | Yaponiya | Suzuka |
| 06-08/10 | Qətər | Lusail |
| 20-22/10 | ABŞ | Ostin |
| 27-29/10 | Mexiko | Mexiko |
| 03-05/11 | San Paulu | San Paulu |
| 16-18/11 | Las Veqas | Las Veqas |
| 24-26/11 | Əbu Dabi | Yas Marina |





