F-1.az idarənin rəsmi saytına istinadən bildirir ki, bukmeykerlər son üç ildə iki dəfə titulun sahibi olmuş Lyuis Həmiltonu qələbəyə əsas namizəd hesab edirlər. Onun yeni komanda yoldaşı Valtteri Bottasın və Ferrarr-nin sürücüsü Sebastyan Fettelin şansları aşağı qiymətləndirilib.
| Avstraliya Qran Prisində qələbə (sürücülər) | |
| Lyuis Həmilton | 1.91 |
| Sebastyan Fettel | 4.50 |
| Valtteri Bottas | 7.00 |
| Kimi Rəykkönen | 8.00 |
| Daniel Rikkardo, Maks Ferstappen | 11.00 |
| Felipe Massa | 81.00 |
| Fernando Alonso | 301.00 |
Son dünya çempionu Niko Rosberqin yoxluğunda titula əsas namizəd Lyuis Həmilton hesab edilib. Bukmeykerlərin fikrincə, Fettelin çempionluq şansı Bottasdan qat-qat çoxdur…
| Çempionatda qələbə (sürücülər) | |
| Lyuis Həmilton | 1.91 |
| Sebastyan Fettel | 5.00 |
| Valtteri Bottas | 6.50 |
| Daniel Rikkardo, Maks Ferstappen | 8.00 |
| Kimi Rəykkönen | 12.00 |
| Felipe Massa | 101.00 |
| Fernando Alonso | 151.00 |
Bukmeykerlər hesab edirlər ki, Mercedes AMG yenə Mühəndislər Kubokunun qalibi olacaq. Lakin Ferrari və Red Bull-un şansları da kifayət qədər yüksək qiymətləndirilib.
| Çempionatda qələbə (komandalar) | |
| Mercedes AMG | 1.40 |
| Ferrari | 4.00 |
| Red Bull | 5.00 |
| McLaren | 51.00 |
| Williams, Renault | 101.00 |
| Toro Rosso, Haas, Force İndia | 301.00 |
| Sauber | 2501.00 |





