F-1.az xəbər verir ki, Force İndia-nın meksikalı sürücüsü sıralanma turunun üçüncü sessiyasında sarı bayraqlar dalğalanarkən sürətini kifayət qədər azaltmayıb və stüardlar ona startda 8 yer itirmək cəzası veriblər. Onsuz da yaxşı həftəsonu keçirməyən və sıralanma turunun ikinci seansında qəzaya uğrayan Roman Qrojanın maşınının ötürmələr qutusu dəyişdirilib və buna görə də o, startda 5 yer itirəcək.
Ferrari Sebastyan Fettelin maşınına yeni mühərrik qoya bilər, lakin bu, startda onun yerini dəyişməyəcək. Dördqat dünya çempionu onsuz da dünənki sıralanma turunda 22-ci nəticəni göstərmişdi və yarışa sonuncu yerdən başlayacağı dəqiqdir.
| Sinqapur Qran Prisinin start düzümü | ||
| 1. Niko Rosberq 1:42.584 |
||
| 2. Daniel Rikkardo 1:43.115 |
||
| 3. Lyuis Həmilton 1:43.288 |
||
| 4. Maks Ferstappen 1:43.328 |
||
| 5. Kimi Rəykkönen 1:43.540 |
||
| 6. Karlos Sayns 1:44.197 |
||
| 7. Daniil Kvyat 1:44.469 |
||
| 8. Niko Hülkenberq 1:44.479 |
||
| 9. Fernando Alonso 1:44.553 |
||
| 10. Valtteri Bottas 1:44.740 |
||
| 11. Felipe Massa 1:44.991 |
||
| 12. Censon Batton 1:45.144 |
||
| 13. Esteban Qutyerres 1:45.593 |
||
| 14. Markus Eriksson 1:47.827 |
||
| 15. Kevin Maqnussen 1:46.825 |
||
| 16. Felipe Nasr 1:46.860 |
||
| 17. Serxio Peres 1:44.582 Sıralanma turundakı insidentə görə 8 yer itirib |
||
| 18. Colion Palmer 1:46.960 |
||
| 19. Roman Qrojan 1:45.723 Ötürmələr qutusu dəyişdirildiyinə görə 5 yer itirib |
||
| 20. Paskal Verlyayn 1:47.667 |
||
| 21. Esteban Okon 1:48.296 |
||
| 22. Sebastyan Fettel 1:49.116 |
||





