N.Hauq Şumaherin çıxışından razıdır

Çoxları hesab edirlər ki, Kanadada Mixael Şumaher Formula1-ə qayıtdıqdan sonra ən yaxşı yarışını keçirib. Mercedes Motorsport-un başçısı Norbert Hauq Mixaelin […]

Çoxları hesab edirlər ki, Kanadada Mixael Şumaher Formula1-ə qayıtdıqdan sonra ən yaxşı yarışını keçirib. Mercedes Motorsport-un başçısı Norbert Hauq Mixaelin çıxışından razıdır…

Norbert Hauq: “Bizim idmanda vəziyyət tez-tez dəyişir, sadəcə yaxşı nəticə göstərmək lazımdır. Biz bunu DTM-də Ralf Şumaherin də misalında görürük – əvvəlcə onu tənqid edirdilər, amma indi o yaxşı nəticələr göstərir.

Bizim mehriban komandamız var, biz hamımız bir-birimizə kömək edirik. Monrealda biz əvvəlki Mixaeli gördük – bu ondan xəbər verir ki, əgər biz ona layiqli maşın versək, Mixael onun potensialını realizə edə bilər.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*