F-1.az xəbər verir ki, FİA-ya üzvlük haqları təkcə komandalar tərəfindən deyil, həm də sürücülər tərəfindən ödənilir – super lisenziya üçün.
Maliyyə reqlamentinə görə, 2023-cü il mövsümü üçün Formula1 super lisenziyasının baza qiyməti 10 400 avro təşkil edir. Bundan əlavə, sürücü 2022-ci ildə qazandığı hər xal üçün 2 100 avro ödəməlidir. Belə ki, ötən mövsüm 454 xal qazanan Maks Ferstappenin növbəti mövsüm üçün super lisenziyası 963,8 min avro dəyərində olacaq.
Ümumilikdə, bütün sürücülər 2023-cü il mövsümündə iştirak hüququ üçün FİA-ya 4 957 800 avro ödəyəcəklər.
| Sürücü | Xallar | Super lisenziyanın dəyəri, avro |
| Maks Ferstappen | 454 | 963 800 |
| Şarl Lekler | 308 | 657 200 |
| Serxio Peres | 305 | 650 900 |
| Corc Rassell | 275 | 587 900 |
| Karlos Sayns | 246 | 527 000 |
| Lyuis Həmilton | 240 | 514 400 |
| Lando Norris | 122 | 266 600 |
| Esteban Okon | 92 | 203 600 |
| Fernando Alonso | 81 | 180 500 |
| Valtteri Bottas | 49 | 113 300 |
| Kevin Maqnussen | 25 | 62 900 |
| Pyer Qasli | 23 | 58 700 |
| Ləns Stroll | 18 | 48 200 |
| Yuki Tsunoda | 12 | 35 600 |
| Quanyu Çjou | 6 | 23 000 |
| Aleksandr Əlbon | 4 | 18 800 |
| Nik de Friz | 2 | 14 600 |
| Niko Hülkenberq | 0 | 10 400 |
| Oskar Piastri | 0 | 10 400 |
| Loqan Sarcent | 0 | 10 400 |





