F-1.az xəbər verir ki, idarə Mercedes AMG-nin şanslarını yüksək qiymətləndirib. Lakin bu, təəccüb doğurmamalıdır. Amma digər komandaların düzülüşü geridə qoyduğumuz mövsümün nəticələrinə uyğun olmayıb. Belə ki, bukmeykerlər Red Bull-un Ferrari-ni üstələyəcəyini düşünürlər.
Ən maraqlı məsələ isə McLaren üçün açıqlanan əmsaldır – Honda motorundan qurtulan komandanın şansları top üç komanda istisna olmaqla, digərlərindən olduqca çox qiymətləndirilib…
| Komanda | Əmsal |
| Mercedes AMG | 1.67 |
| Red Bull | 3.75 |
| Ferrari | 4.50 |
| McLaren | 13.00 |
| Renault | 81.00 |
| Force İndia | 101.00 |
| Haas, Williams | 201.00 |
| Sauber, Toro Rosso | 501.00 |





