Rəsmən: FİA Renault-nun şikayətini təmin edib

FİA Renault komandasının ardıcıl etirazlarını qəbul edib və Racing Point komandasının aktivindən 15 xal silib.

F-1.az xatırladır ki, Renault komandası Ştiriya yarışından sonra 3 dəfə “çəhrayılar”ın Mercedes-lə olan oxşarlığına etiraz etmişdi. Fransız komandası iddia edirdi ki, Racing Point komandasının əyləc sistemi Mercedes-in 2019-cu il bolidi ilə eynidir. Formula1-in texniki reqlamentinə görə bolidin bu hissələrini komanda özü istehsal etməlidir.

FİA Yubiley Qran Prisindən əvvəl əyləclərin Mercedes-dən nüsxələndiyini qəbul edib və qərarını açıqlayıb. Qərara əsasən, Racing Point komandasının aktivindən Mühəndislər Kubkunda 15 xal silinib və 400 min avro cərimələnib. Bundan başqa Kanada təmsilçisinə Macarıstan və Britaniya yarışları üçün xəbərdarlıq edilib.

Racing Point komandası keçən ilin yanvar ayında əyləc sistemini tam şəkildə Mercedes-dən alıb. FİA “çəhrayılar”a cəza versə də, komanda bu əyləc kanallarından növbəti yarışlarda da istifadə edəcək.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*