Bugünkü Times qəzetində bir daha Bəhreyndəki vəziyyət və komandaların mövqeyi təhlil olunub – deyəsən, komandalar yarışın ləğv olunmasını və ya təxirə salınmasını istəyirlər, çünki ölkədə iğtişaşlar hələ də davam edir və Qran Prinin təhlükəsiz keçirilməsi üçün ölkədə yarım-müharibə rejimi tətbiq olunmalıdır.
Komandaların nümayəndələri vəziyyətə Berni Ekklstoun və FİA ilə Çin Qran Prisinin gedişində müzakirə edəcəklər, amma Times Berninin maraqlı etirafını manşetə çıxarıb…
Berni Ekklstoun: “Mən komandaların narahatlığını başa düşürəm. Əgər onlar Bəhreynə getmək istəməsələr, biz onları məcbur edə bilmərik…”