F.Alonso: “Ferrari-nin bu iki ildə çempion ola bilməyəcəyini bilirdim”

McLaren komandasının sürücüsü Fernando Alonso bildirib ki, Ferrari-nin 2015-ci və 2016-cı illərdə qələbə qazana bilməyəcəyini bilirmiş və buna görə də McLaren-ə transfer olunub.

F-1.az xatırladır ki, Fernando Alonso 2010-2014-cü illərdə Ferrari-də çıxış etmiş və iki dəfə çempionluğu son yarışda əldən vermişdi. İspaniyalı sürücü 2014-cü ildə qələbə qazana bilməmiş və Ferraridən ayrılaraq, McLaren komandasına transfer olunmuşdu.

Ferrari keçən il 3 qələbə qazandığı halda, bu il qələbə qazana bilməyib. McLaren isə son iki mövsüm podiuma belə çıxa bilməyib…

Fernando Alonso: “Ferrari üçün həmişə ən yaxşısını istəyirəm, amma 2015-ci və 2016-cı illərdə çempion ola bilməyəcəklərini bilirdim. Mən də McLaren Honda-ya transfer olundum. Əgər mən McLaren-in çempion olacağına şübhə etsəydim, burada olmazdım. Çempionluq üçün dəqiq vaxt deyə bilmərəm, amma komandadakı hər kəs bunu istəyir.

Əsas olan odur ki, fanlar, azarkeşlər, Formula1-dəki insanlar, komanda rəhbərləri və sürücülər sizin qədrinizi bilsinlər. Elit sürücülərin arasında qalmaq üçün sabit olmalısınız”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*