D.Rikkardo Red Bull-a uduzmağa hazırdır

Renault komandası ilə ilk yarışına çıxmağa hazıtlaşan Daniel Rikkardo bildirib ki, sabiq komandası Red Bull-a uduzmağa hazırdır.

F-1.az xatırladır ki, avstraliyalı sürücü keçən il şok qərarla Red Bull-dan ayrılaraq Renault komandasına keçib.

Daniel Rikkardo: “Mübarizənin içindəyik və orta qrup bir-birinə yaxın görsənir. Amma Renault-ya keçəndə bilirdim ki, Red Bull bizdən öndə olacaq.

Söz verməyi sevmirəm. Ancaq Renault-nun uğur qazanması üçün hər şey edəcəm. Heç kim orta qrupda mübarizə apardığı üçün xoşbəxt olmur. Amma indiyə kimi gördüklərimi nəzərə alsam, Renault-nun yarış qazanacaq potensialda olduğunu deyə bilərəm. Böyük ehtimalla bu il olmayacaq, ancaq ömrümüzün sonuna qədər də belə davam etməyəcək”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*