Zandfortda yarışmaq çətin olacaq…

Formula1 sürücüləri Zandfortda yarışmaq istəsələr də, ötmə etməyin çətin olacağını düşünürlər.

F-1.az bildirir ki, Hollandiya Qran Prisinin Zandfort trası ilə təqvimə qayıtması gündəmdədir. Xatırladaq ki, bu tras 1952-1985-ci illərdə Formula1 mərhələsini qəbul edib.

Formula3 və Formula Renault seriyalarında bu trasda yarışmış Brendon Hartli trası tərifləyib: “Bu trası çox sevirəm. Ancaq Formula1 üçün çox dardır. Böyük Formula1 maşınları üçün bir az genişləndirilməlidir. Ora yaxşı trasdır”.

DTM seriyasında Zandfortda yarışmış Okon isə belə düşünür: “Köhnə tipli trasdır. İndiki dövrdə fərqli cür porebriklər və kənar sahələr var. Lakin trasın dizaynı çox gözəldir. Formula1 maşını ilə orada yarışmaq gözəl olar. Amma buna FİA qərar verəcək. DTM-də DRS də var idi. O maşınlarla qarşındakını izləmək daha rahat idi. Buna baxmayaraq ötmə etmək çətin idi”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*