16 Noyabr 2018, Cümə - 07:26

Zandfortda yarışın keçirilməsi imkanları müzakirə olunur

Zandfortda yarışın keçirilməsi imkanları müzakirə olunur

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:12 - 02 Noyabr, 2018

Hollandiya mətbuatının yazdığına əsasən, Liberty Media şirkəti Zandfort trasının sahiblərinə Qran Pri keçirmək barədə müqaviləni imzalamağı təklif edib.

F-1.az-ın xarici mətbuata istinadən xəbər verir ki, müqavilənin şərtlərinə əsasən, yarışın keçirilməsinə görə üzvlük haqqı cəmi 20 milyon avro təşkil edəcək, daha 10 milyon avro isə təşkilati məsələlərə xərclənəcək.

Avtodromun sahibi Şahzadə Bernard var Oranj De Telegraaf-a bildirib ki, “əgər biz bu müqaviləni imzalasaq, Qran Pri Hollandiyaya 2020-ci ildə qayıdacaq – Maks Ferstappenin hazırda F1-də uğurlu çıxışını nəzərə alsaq, bu, gözəl imkandır…”

Amma bir qədər əvvəl ölkənin digər trası – Assen trası da F1 mərhələsini keçirmək iddiasında olduğunu açıqlamışdı. Liberty Media isə çempionat üçün tarixi əhəmiyyətini nəzərə almaqla Zandforta üstünlük verir. Xatırladaq ki, Zandfortda F1 yarışı ilk dəfə 1952-ci ildə baş tutub, ümumiyyətlə isə, 1985-ci ilədək 30 dəfə iştirakçılar bu trasda güclərini sınayıblar. 1985-ci ildə burada keçirilən son yarışda McLaren-in sürücüsü Niki Lauda karyerasının sonuncu qələbəsini qazanmışdı.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 221
Teqlər , ,
Paylaş

logo