21 Yanvar 2018, Bazar - 16:11

Z.Braun Vandornun geridə qalmasını izah edib

Z.Braun Vandornun geridə qalmasını izah edib

Müəllif: Rauf Hacıyev, redaktor

19:03 - 22 Dekabr, 2017

McLaren Group-un rəhbəri Zek Braun bildirib ki, Vandorn və Alonso eyni bolidi sürmədikləri üçün aralarında böyük fərq olub.

F-1.az xatırladır ki, Vandorn mövsümə pis başlasa da, yay fasiləsindən sonra mükəmməl performans göstərə bilmişdi.

Zek Braun: “Stoffel üçün çətin başlanğıc oldu. Etibarlılıq problemləri yaşadı. Debütant olduğu üçün əksər traslarda ilk dəfə sürürdü. Fernando isə 15-16 ildir Formula1-də olmağın faydasını görür və problem olanda təcrübəsi hesabına 5 dövrədə həll edə bilirdi.

Stoffel bəzi sessiyalarda iştirak edə bilmədi və bundan başqa komanda yoldaşınız Dünyanın ən güclü sürücülərindən biridir. Üstündə olan təzyiqi nəzərə alsaq, əla yarışdı və hər yarış tempi artırdı. Hazırda Fernandoya çox yaxındır.

Həmişə eyni bolidlə yarışmadılar. İki bolid də bərabərdir, ancaq bəzən yeniliklərimiz olurdu. Belə olan halda bu detalı daha təcrübəli sürücüyə verirdik. Bəzi yarışlarda fərq böyük olsa da, boliddən qaynaqlanırdı”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 37
Teqlər , , ,
Paylaş

logo