22 Sentyabr 2018, Şənbə - 01:37

Z.Braun Red Bull-a xəbərdarlıq edib

Z.Braun Red Bull-a xəbərdarlıq edib

Müəllif: Rauf Hacıyev, redaktor

10:23 - 04 Mart, 2018

McLaren Group-un rəhbəri Zek Braun bildirib ki, Red Bull üçün böyük rəqibdirlər.

F-1.az xatırladır ki, McLaren komandası son illərdə yaxşı şassi düzəltdiyini deyirdi və uğursuzluğun səbəbini Honda mühərriklərində görürdü. Amma Britaniya təmsilçisi bu ildən etibarən Renault mühərriklərindən istifadə edəcək.

Zek Braun: “Yeni mövsümə hazırlaşmaq gözəldir. Bu bolidi düzəltmək üçün çox vaxt sərf etdik. Bizim üçün çətin və qarışıq dövr idi. Hazırda adrenalin və həyəcan səviyyəsi çox yüksəkdir. Əmin olmalıyıq ki, hər şey plana uyğun gedir. Trasa çıxdıq və problem yox idi. Red Bull mükəmməl komandadır. Qısa müddət ərzində 4 dəfə çempion olublar. Eyni mühərrikdən istifadə etdiyimiz üçün bizi onlarla müqayisə edəcəklər. Amma fərqi sürücülər və şassi yaradacaq. Onlara qarşı mübarizə aparmaq üçün səbirsizlənirəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 155
Teqlər , ,
Paylaş

logo