Z.Braun: “Öyrənmə müddətini bitirmişik”

McLaren Group-un rəhbəri Zek Braun bildirib ki, komandası 2017-ci il üçün güclü bolid hazırlayıb və bununla da son iki ildəki inkişafı davam etdirə bilərlər.

F-1.az xatırladır ki, McLaren komandasında 2015-ci ildə yenidənqurma işləri aparılmış və bərbad mövsüm keçirtmişdilər. Buna baxmayaraq, britaniyalılar 2016-cı ildə qənaətbəxş mövsüm keçirərək, 6-cı ola bilmişdilər.

Zek Braun: “Conatan Nil və Erik Bulye ilə həmişə əlaqə saxlayıram. 2017-ci il şassimizin uğurlu olduğunu düşünürəm. Hazırkı vəziyyətdə proqnoz vermək doğru olmaz. Biz özümüzə böyük hədəflər qoymuşuq və bunları reallaşdırmaq istəyirik. Bolidin testlərdəki performansını gördükdən sonra bu hədəflər dəyişə bilər. Amma ümumi olaraq gözəl mövsüm keçirəcəyimizə çox inanıram.

Təbii ki, bizə uğur qazanmaqda Honda da kömək etməlidir. Onlar da son dövrlərdə çox yaxşı işlər görürlər. Artıq daha təcrübəlidirlər və yeni mövsümdə bizə gözəl mühərrik verəcəklər.

2015-ci və 2016-cı illərdəki öyrənmə müddətini bitirməkdəyik. Bundan sonra edəcəyimiz səhvlərdə bəhanə axtarmamalıyıq. Yeni mövsümdə daha yaxşı yer tutmaq istəyirik. Ən pis halda beşlikdə olmaq istəyirik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*