Z.Braun: “Mercedes üçün Alonso əlçatmazdır”

Fernando Alonso Mercedes komandasına əsas namizədlərdən sayılsa da, McLaren komandası bir daha bu keçidin qeyri-mümkünlüyünü xatırladıb.

F-1.az xatırladır ki, Niko Rosberq titulu qazandıqdan 5 gün sonra gözlənilmədən komandadan getdiyini elan etmişdi və bundan sonra komandada yaranan vakant yeri tutmaq uğrunda sürücülər arasında əsl mübarizə başlayıb. Mercedes komandası rəsmən Renault komandasına Niko Hülkenberq üçün müraciət etsə də, komanda almaniyalı sürücünü buraxmaqdan imtina etmişdi. Bundan sonra Mercedes Motorsport-un başçısı Toto Volff bildirmişdi ki, yalnız Kvyat və Rəykkönendən başqa bütün çempionat iştirakçıları ona müraciət ediblər.

Bir neçə gün əvvəl Toto namizədlər arasında ikiqat dünya çempionu Fernando Alonsonun da olduğunu vurğulamışdı. Amma Totonun bu çıxışına McLaren Honda komandasından dərhal imtina cavabı gəlmişdi. Komandanın yeni icraçı direktoru Zek Braun bu gün bir daha xatırladıb ki, Mercedes üçün Fernando əlçatmazdır…

Zek Braun: “Toto Volffun yerində mən də olsaydım, komandaya dünyanın ən yaxş sürücülərini toplamağa çalışardım. Hamı da razılaşar ki, Fernando hazırda ən yaxşılardan biridir, hətta birincisidir. Amma Alonsonun bizimlə müqaviləsi var, o, komandanın işində iştirak edir, biz bir yerdə təkmilləşirik. Ona görə də bir daha bildirirəm ki, Mercedes üçün Fernando əlçatmazdır.

Mən bu məsələni Alonso ilə müzakirə etməmişəm, çünki müzakirə obyekti yoxdur – nəyi müzakirə edim? Biz gələn il bir komandada olacayıq…”

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*