24 Oktyabr 2018, Çərşənbə - 08:58

Z.Braun: “Formula1-də sistem düz işləmir”

Z.Braun: “Formula1-də sistem düz işləmir”

Müəllif: Rauf Hacıyev, redaktor

20:11 - 26 Yanvar, 2018

McLaren Group-un rəhbəri Zek Braun bildirib ki, Formula1-də test günləri az olduğu üçün İndyCar-dan gələn sürücülər uğur qazana bilmirlər.

F-1.az xatırladır ki, Haas komandasının rəhbəri Günter Ştayner amerikalı sürücülərin Formula1-də yarışmağa hazır olmadıqlarını demişdi.

Zek Braun: “Testlərin olmaması ən böyük çətinlikdir. Mövsüm başlamamışdan əvvəl 8 günlük test imkanımız var və buna da tək bolidlə qatılırıq. Buna görə də sürücüləri dəyişdirməli oluruq. Fernando və ya Stoffelin bir gününü almağın mənası yoxdur. Reqlament dəyişməsə, Formula2-dən başqa seriyadan sürücü gətirmək çətin olacaq. Məncə, Toro Rosso-nun Brendon Hartli ilə yarışması riskdir, ancaq o, bütün trasları tanıyır. Düşünürəm ki, Cozef Nyuqarden və Skot Dikson çox güclü sürücülərdir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 142
Teqlər ,
Paylaş

logo