Z.Braun: “Alonso yaşlı deyil”

McLaren Group-un rəhbəri Zek Braun bildirib ki, Fernando Alonso yaşlı sürücü deyil.

F-1.az xatırladır ki, 36 yaşlı sürücü 2005-ci və 2006-cı illərdə Dünya Çempionu, 2010-cu, 2012-ci və 2013-cü illərdə Dünya ikincisi, 2007-ci ildə isə Dünya Üçüncüsü olmuşdu. Bu il Formula1-də 17-ci mövsümünü keçirməyə hazırlaşan ispaniyalı sürücü Renault ilə 17, Ferrari ilə 11, McLaren ilə 4 qələbə qazanıb.

Zek Braun: “Yaşlandıqca motivasiya itirmək normaldır, amma istedadınızı heç vaxt itirməzsiniz. Məsələn, Şumaxer 2010-cu ildə idmana qayıtdıqda nəticələri Rosberqə yaxın idi. Niko hazırda Dünya Çempionlarından biridir. Bu da yaşlandıqca istedadınızı və motivasiyanızı itirmədiyinizin sübutudur. Fernandonun hazırda 36 yaşı var və ona yaşlı demək olmaz”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*