Y.Trulli və A.Sutil bir-birilərini ittiham edirlər

Braziliya Qran Prisinin birinci dövrəsində trasa Təhlükəsizlik Maşını çıxıb – Yarno Trulli və Adrian Sutilin mübarizəsi qəza ilə nəticələnib, yekunda […]

Braziliya Qran Prisinin birinci dövrəsində trasa Təhlükəsizlik Maşını çıxıb – Yarno Trulli və Adrian Sutilin mübarizəsi qəza ilə nəticələnib, yekunda Fernando Alonso da yarışı dayandırmalı olub. İnsidentdən dərhal sonra Trulli və Sutil emosional şəkildə baş verənləri müzakirə ediblər, sonra isə öz emosiyalarını mətbuatla bölüşüblər…

Yarno Trulli: “Mən döngənin daxilində idim, Sutil isə xaricində, mən döngənin çıxışında sürətdə üstünlüyə malik idim, o isə məni trasdan çıxrdırdı və mən otun üzərinə çıxdım. Nəticədə idarəetməni itirdim və divara çırpıldım. Bu qəsdli və təhlükəli manevr idi, Alonso da belə hesab edir. Mən Fernando ilə danışdım, o dedi ki, bu oğlan dəlidir.”

Adrian Sutil: “Mən arxadan zərbə aldım və maşına nəzarəti itirdim. Başa düşə bilmirəm ki, nə iddia ola bilər – döngədən çıxanda mən trayektoriyada idim. Mən hər şeyi düzgün etmişəm, Trulli isə porebriklərin üstü ilə hücuma keçmişdi və idarəetməni itirərək mənə çırpıldı. Onun manevri təhlükəli idi, biz stüardların yanına gedəcəyik və baş verənləri sakit müzakirə edəcəyik.”

Maraqlıdır, stüardların qərarı necə olacaq?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*