Y.Trulli təslim olmur

Toyota komandasının hər iki sürücüsü Macarsıtan Qran Prisini uğurla başa vurublar və komandaya dörd xal qazanıblar. Yarno Trulli bir neçə […]

Toyota komandasının hər iki sürücüsü Macarsıtan Qran Prisini uğurla başa vurublar və komandaya dörd xal qazanıblar. Yarno Trulli bir neçə mövqe irəliləməklə bir xal qazana bilib…

Yarno Trulli: “Mən dünən demişdim kiŞ heç vaxt təslim olmuram və bugünkü nəticə bunu sübut edir: mən bir neçə mövqe irəlilədim və yenə də xal qazandım. Yarışın əvvəlində maşın pes deyildi, amma sonra mən trafikə düşdüm, bu isə vəziyyəti çətinləşdirdi. Təkərlər asfaltı yaxşı tutmurdu, amma mən mübarizəni davam etdirdim, çünki bilirdim ki, ilk səkkizliyə düşə bilərəm.

Təəssüf ki, dünən biz sıralanma turunun son hissəsinə keçə bilmədik, amma bu halda yekun nəticənin necə olmasını heç kim bilə bilməz. Amma mən bir xaldan razıyam, bu bütün komanda üçün vacibdir. İndi Avropa Qran Prisinə hazırlaşacam, ümid edirəm ki, Valensiyada biz daha güclü olacayıq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*