Y.Trulli: “Mən qələbəyə ümid edirdim”

Yarno Trulli Bəhreyndə pouldan start alsa da, elə ilk dövrədə liderliyini komanda yoldaşına verib. İlk pitdən sonra isə italiyalı sürücü […]

Yarno Trulli Bəhreyndə pouldan start alsa da, elə ilk dövrədə liderliyini komanda yoldaşına verib. İlk pitdən sonra isə italiyalı sürücü yerini Censon Battona uduzub, ikinci pitdən sonra isə Sebastyan Fettel də onu qabaqlayıb, yekunda Trulli üçüncü olub…

Yarno Trulli: “Çox məyus oldum, mən Toyota üçün ilk podium qazanmağa ümid edirdim, amma uğursuz start mövqeyimi itirməklə nəticələndi. Mən komanda yoldaşımın arxasına düşdüm, ilk pitdən sonra isə uzun məsafəni bərk təkərlərlə getməli olduq. Sürət aşağı düşdü, amma maşın rəqabətədavamlı idi, rəqiblərin hücumlarını dəf etməyə imkan verirdi. Fettel isə ikinci pitdən sonra məni qabaqladı – o bərk təkərlərdə idi, mən isə yumşaq təkərlərlə ondan sürətli idim, amma onu keçə bilmədim.

Mən komandaya gərgin işinə görə təşəkkür etmək istəyirəm, qələbə uğrunda mübarizəni gələn yarışa qədər təxirə salmalı olacayıq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*