Y.Trulli McLaren-in haqlı cəzalandırıldığını söylə

Yarno Trulli hesab edir ki, FİA McLaren və Lyuis Həmiltonu Avstraliya Qran Prisinin stüardlarını aldatdıqları üçün ciddi cəzalandırmaqla düzgün addım […]

Yarno Trulli hesab edir ki, FİA McLaren və Lyuis Həmiltonu Avstraliya Qran Prisinin stüardlarını aldatdıqları üçün ciddi cəzalandırmaqla düzgün addım atıb. Melburn yarışından sonra Lyuis Həmilton diskvalifikasiya olunub, onun komandasının taleyi isə qarşıdakı Ümumdünya Avtoİdman Şurasının iclasında müzakirə olunacaq…

Yarno Trulli: “Mənə elə gəlir ki, federasiya belə ciddi qərarlar qəbule tməklə düzgün addım atıb, çünki onun nümayəndələri elə hiss edirdilər ki, elə bil ki, kimsə onlarla zaraft edib, ona görə də onlar hamıya göstərmək istədilər ki, FİA – hakimdir.

Sən hakimlər qarşısına çağrılanda təmiz olmalısan və düzünü söyləməlisən. Yalan bir dəfə qəbul olunar, amma bunu da etməməlisən. Sənin yalanının üzə çıxma ehtimalı yüksəkdir – Lyuislə məhz bu baş verdi.

Məncə, şərait həm mənim üçün, həm də Lyuis üçün uğursuz idi. Şəxsən mən bilmirəm ki, o zaman kim və nə üçün yalan danışmışdı. Amma məncə, buna ehtiyac yox idi. Amma kimsə qaydalara əməl eləmədi. Mən heç kimi günahlandırmıram, amma Melburnda mən ağılsız vəziyyətdə qaldım, hərçənd hər şeyi düzgün etmişdim. Amma mən kinli insan deyiləm, mənim hamı ilə münasibətlərim normaldır. Mənim şüarim belədir: “Özün yaşa və başqalarında da yaşamaq imkanı ver.”

Mənə üçüncü yeri qaytarmaq barədə qərar qəbul edildikdən sonra mən hansısa jurnalistlərə paddokda müsahibə verirdim, bu zaman iki stüard mənə yaxınlaşıb əlimi sıxdılar və dedilər ki, sən buna layiqsən, çünki özünü vicdanla aparmısan.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*