Y.Trulli: “Ədalət zəfər çalıb”

Yarno Trulli Avstraliya Qran Prisinin finişində onun qazandığı üçüncü yeri bərpa edən FİA-nın stüardlarının qərarından razı qalıb. Təhlükəsizlik Maşının arxasında […]

Yarno Trulli Avstraliya Qran Prisinin finişində onun qazandığı üçüncü yeri bərpa edən FİA-nın stüardlarının qərarından razı qalıb. Təhlükəsizlik Maşının arxasında ötməni iki dəfə araşdıran stüardlar əvvəlcə italiyalı sürücünü yekun nəticəsinin üzərinə 25 saniyə əlavə etməklə cərimə etməyi qərara almışdılar, bu cərimədən sonra Trulli 12-ci yerə düşmüşdü, 4 gündən sonra isə cərimə ləğv olunub və Trulliyə üçüncü yer qaytarılıb…

Yarno Trulli: “Mən xoşbəxtəm, ədalət zəfər çalıb! Mən özüm üçün, komanda üçün xoşbəxtəm və FİA-ya təşəkkür etmək istəyirəm – qərarın ləğvi nadir hadisədir. Deyəsən, onlar üçün də bu qərar asan olmayıb, amma stüardlar bir daha insidenti araşdırmaq istəyiblər və həqiqi vəziyyəti başa düşüblər. Mən həmişə onlarla təmiz olmuşam və bunun köməyi oldu.

Biz protest vermədik, biz heç etmədik, mən isə heç nəyə şərh vermədim – FİA özü bu məsələyə qayıdıb. Yarışın finişi stüardlar üçün çətin olmuşdu, insidentlər çox idi, indi isə onlar bizim insident barədə daha dolğun məlumat alıblar. Bizi bir daha yanlarına çağırdılar və mən Avstraliyada dediyimi dedim – mənim mövqeyim dəyişməmişdi, amma bu dəfə onlar başqa qərar qəbul etdilər.

Mən bilmirəm, nəyə görə onlar belə ediblər, bilmirəm onlar hansı yeni faktları müəyyən ediblər, amma mən şadam ki, onlar mənim podiumumu qaytarıblar. Düzünü desəm, vəziyyət doğrudan da mübahisəli idi, baş çıxarmaq asan deyildi, lakin mən bir daha FİA-ya təşəkkür etmək istəyirəm. Mən heç vaxt yalan danışmamışam, həmişə düzünü demişəm, fikrimi də heç vaxt dəyişməmişəm.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*