Y.Trulli: “Biz uğurlu çıxışlarımızı davam etdirə bildik

Suzukada Yarno Trullinin qazandığı ikinci yer son dörd ildə italiyalı sürücünün ən yaxşı nəticəsidir, bu mövsüm Yarno artıq iki dəfə […]

Suzukada Yarno Trullinin qazandığı ikinci yer son dörd ildə italiyalı sürücünün ən yaxşı nəticəsidir, bu mövsüm Yarno artıq iki dəfə üçüncü olmuşdu, podiumun ikinci pilləsinə isə sonuncu dəfə 2005-ci ildə Bəhreyndə qalxmışdı…

Yarno Trulli: “Mən yarışdam həzz aldım, yarışın ikinci hissəsində Lyuislə fərqi azaltmaq üçün bir neçə dövrəni sıralanma turu rejimində keçirməli oldum. Birinci pitdən sonra bizim aramızdan fərq azalmışdı, ikinci pitdən sonra isə, komandanın hazırladığı taktika sayəsində, biz irəli çıxdıq və mən fərqə nəzarət edirdim, sonra trasa Təhlükəsizlik Maşını çıxdı. Mən elə bilirdim ki, Həmilton KERS-lə hücuma keçəcək, amma mövqeyimi qoruya bildim.

Mən bu yarışda qələbə qazanamq istəyirdim, amma bu gün Fettelin rəqibi yox idi. Buna baxmayaraq, biz uğurlu çıxışlarımızı davam etdirə bildik – Sinqapurda Timo ikinci olmuşdu, Suzukada da maşın rəqabətə davamlı idi – amma biz sürətimizi bir qədər də artıra bilərik. Bugünkü podium komanda üçün, mexaniklər üçün, mühəndislər üçün pozitiv nəticədir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*