Yerli polislər L.Həmiltonu tutublar

Biz McLaren komandasının dünən axşam yaydığı mətbuat relizini sayta qoymuşuq – relizdə Lyuis Həmilton yerli polislərdən üzr istəyib. Avstraliya uik-endin […]

Biz McLaren komandasının dünən axşam yaydığı mətbuat relizini sayta qoymuşuq – relizdə Lyuis Həmilton yerli polislərdən üzr istəyib. Avstraliya uik-endin favoritlərindən birinin axşam sərgüzəştləri barədə səhər qəzetlərinin hamısı yazıb – Lyuis “avtoşluq” edirmiş, Melburnun yaxınlığındakı Sent Kild şəhərciyində asfaltda təkərdən tüstü çıxarmaqla dairələr çızırmış…

Yerli The Age yazır: “Polisdəki rəsmi mənbələr təsdiq ediblər ki, yerli vaxtla saat 21:15-də baş vermiş insident üzrə İsveçrədə yaşayan 25 yaşlı britaniyalı sürücüyə ittiham poli sahəsinə gəldikdən sonra oxunacaq. Verilən məlumata görə, 2010-ci ilin istehsalı olan gümüşü Mercedes sedanı həbs olunub – onun sahibi dənizkənarından Fitsroy küçəsinə çıxdqıdan sonra asfaltda dairələr çızmağa başlayıb.

Qeyd edək ki, Həmiltonun maşını birinci dəfə deyil həbs olunur. Üç il əvvəl sürücü Fransa yollarından birində 196 km/saat sürətlə hərəkət etdiyi üçün o zaman da idarə etdiyi Mercedes həbs olunmuşdu.”

Avstraliya Qran Prisinin təşkilatçıalrı bildiriblər ki, onların baş verən hadisədən xəbərləri yoxdur…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*